Xerox yeniliklər

Bəs bizim gələcəyimiz necə olacaq?

Laboratoriyamızda baş verənlərə baxsaq, mədəni müxtəliflik ön plana çıxacaqdır. Bundan başqa, daha çox qadınlar dəqiq elmlərlə məşğul olacaqdır.

Bu yeni perspektivlər böyük irəliləyişlər üçün katalizator olacaqdır. Kompüterlər yalnız işi yerinə yetirmək üçün alətlər deyil, bizim tərəfdaşlarımız olacaqdır. Çap elektronikası maya dəyərini azaldacaq və mikrosxemlərin yaradılmasını asanlaşdıracaqdır. Eyni zamanda, NFC, virtual reallıq və əşyaların internetinə əsaslanan immersiv hesablama texnologiyaları fiziki və rəqəmsal dünyalar arasındakı sərhədləri bulandıracaqdır.

İşdə Xerox İnnovasiyası

Problemləri həll edən məhsullar
Müştərilərimiz hər gün Xerox həllərinin köməyi ilə öz bizneslərinin səmərəliliyini artırır.

Həll etməyi sevdiyimiz problemlər
Biz ruhlandırıcı problemləri həll etməyi sevirik

3D obyektlərdə çap
Xerox-un baş mühəndisi Uayne Buçar, birbaşa yerində çapın yeni sənayesi haqqında danışır.

Xerox İnnovasiya Mərkəzləri
Palo Altoda Elmi- Tədqiqat Mərkəzi (PARC)

PARC — Xerox Korporasiyasının törəmə şirkətidir və Xerox-un uzunmüddətli inkişaf strategiyasında əsas rol oynayır. Mərkəz 1970-ci ildə Xerox Research-in bir hissəsi kimi yaradılıb və sonra ayrı bir şirkətə çevrilmişdir.

Kanadada Xerox Araşdırma Mərkəzi (XRCC)

XRCC Xerox üçün materialların tədqiqi üzrə ixtisaslaşmışdır. Mərkəz yeni materialların yaradılması üçün kimyəvi, fiziki tədqiqatlar və mühəndislik işlərinin aparılmasını həyata keçirir: konsepsiyadan tutmuş hazır məhsula qədər.

Hil Heç Müştəri İnnovasiyaları Mərkəzi

Xerox çap texnologiyası üzrə dünyanın ən böyük sərgi mərkəzi Uebsterdə yerləşir. Buradan ziyarətçilər şirkətimizin rəqəmsal texnologiyaları, xidmətləri və həlləri haqqında ətraflı məlumat ala bilərlər.