Xerox Korporasiyasının distribyutoru olan Xerotek LLC şirkəti, 2000-ci ilin əvvəlindən Azərbaycan Respublikasına Xerox brendi altında geniş çeşiddə kağız və çap üçün materiallar idxal etməyə başlamışdır.
Öncə 80 gr A4 və A3 formatlarında ofis kağızı ilə başlayaraq, sonradan, Xerox brendinə məxsus böyük assortimentdən yeni məhsulları müştərilərin istifadəsinə təqdim etmək ilə davam etdik. Bu assortimentə 90-350 gr sıxlıq diapazonunda A4, A3 və SR A3 formatlarında, yüksək keyfiyyətli rəngli və ağ-qara lazer çapı üçün nəzərdə tutlmuş Colotech Plus kağızı başçılıq edir. Colotech Plus seriyası istər vacib və dəyərli sənəd, istər sertifikat, istərsə də vizit kartları çap etmək üçün ideal seçimdir. Yüksək ağlığı və kalandr səviyyəsi ilə seçilən bu kağızın üzərində çap edilən hər bir şəkil və ya məlumat maksimal mümkün olan keyfiyyət ilə əks olunacaq. Xerox assortimentinə daxil olan örtüklü kağız seriyasından olan Colotech Gold Coated seriyasını Azərbaycana gətirən ilk şirkət olaraq, müştərilərimizə geniş rəng palitrası ilə A4, A3 və SR A3 formatlarında, ipək və parlaq örtüklü kağızda, gözoxşayan və cəlbedici şəkillərin çap edilməsi imkanını yaratmış olduq.
Sonradan bu seriyaya əlavə olaraq, SR A3 formatında, Gloss və Silk örtyünə malik, daha sərfəli olan, amma keyfiyyət baxımından yüksək səviyyəni dəstəkləyən, Colour Impressions seriyasını da əlavə etdik. Qeyd olunmalıdır ki, Xerox brendinin assortimentində olan bütün ofis kağızı və çap üçün materiallar, ABŞ və Avropa ölkələrində istehsal olunur və birbaşa Azərbaycan Respublikasına rəsmi şəkildə idxal edilir. Məsələn, növbəti toxunaçağımız enli formatda (Wide Format) çap üçün materiallar Portuqaliyada istehsal edilir. Bu materiallar arasında Inkjet çapı üçün nəzərdə tutulmuş, eni 0.297 metrdən 1.067 metrə dək, uzunluğu isə 23, 40 və 46 metr olan, örtüksüz və ya mat örtüklü, 90, 120 və 180 gr sıxlıqında plotter üçün rulon kağızı idxal edilməkdədir. Bu kağız mühəndis rəsm və planları çapı üçün ideal seçimdir. Xerox mühəndis istemlərində lazer çapı üçün nəzərdə tutulmuş, eni 0.42 metrdən 0.914 metrə qədər, 175 metr uzunluğa malik, 75 gr sıxlığında rulon kağızı, gətirdiklərimiz çap materialları siyahısını davam etdirir. Daha öncəki plotterlər kağızı kimi, bu kağız da mühəndis rəsmləri, sxem və planlar çapı üçün nəzərdə tutulub.
Ayrıca qeyd olunmağa layiq olan, Xerox brendinin yapışqanlı kağızını da ölkəmizə idxal etməkdəyik. Label adlanan bu materiallar, A4 və A3, həmçinin də SR A3 fortmatlarındadır. Tam şəffaf və ya mat və parlaq olan bu yapışqanlı kağız, rəngləri gözəl və canlı əks etdirməkləri ilə bərabər, istehsalında yüksək keyfiyyətli yapışqandan istifadə olunmağı ilə seçilir. Buna görə də, sözügedən materiallarda nə çap etməyinizdən asılı olmayaraq, nəticə gözəl və canlı görünüşə malik, yapışqanlığı isə davamlı olacaq.
Sonda, ancaq Xerox Korporasiyasına məxsus olan, lazer çapı üçün nəzərdə tutulan, Never Tear - cırılmayan kağız barəsində məlumat ilə paylaşırıq. Adından bəlli olaraq, bu material çox dözümlü və cırılmaya davamlıdır. NASA-nın kosmosda istifadə etdiyi, nə sudan, nə günəş şuasından qorxan bu materialda, çap edilən istənilən məlumat və ya şəkil, demək olar ki, əbədi sizinlə olacaq. Hal hazırda Xerotek LLC şirkəti Xerox Revolution Never Tear materialını fərqli qalınlıqda, A4, A3 və SR A3 formatlarında Respublikamıza idxal edir. Qeyd edilən bütün növ kağızlar ABŞ və Avropa ölkələrində istehsal edildiyindən, Xerox Korporasiyasının yüksək standartlarına və texniki spesifikasiyalarına tam şəkildə uyğundur. Rəngli laser çapı bazarında öz yerini qoruyub saxlayan şirkətimiz, növbəti illərdə Xerox brendinin geniş assortimentindən yeni kağız və çap üçün materiallarını gətirərək, həm rəngli çap bazarındakı payımızı genişləndirmək, həm də müştətrilərimizi yeni çap imkanları ilə sevindirmək yolunda çalışacaq.